UNESCO-nun təşkilatçılığı ilə beynəlxalq konfrans
   
   Oktyabrın 3-də Moskvada UNESCO-nun “İnformasiya hamı üçün” Rusiya Komitəsinin, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin, Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyin birgə təşkilatçılığı ilə “İnformasiya cəmiyyətində elektron informasiyaların saxlanılması: problemlər və perspektivlər” mövzusunda Beynəlxalq konfrans açılıb. Konfransda 36 ölkənin, o cümlədən Azərbaycanın nümayəndələri iştirak edirlər. “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na əsasən konfransın işində Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova iştirak edir.
   O, beynəlxalq konfransdakı çıxışında Azərbaycanda Heydər Əliyev irsinin rəqəmsallaşdırılması və ölkəmizin kitabxana sisteminin modernləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açıb.
   Beynəlxalq tədbir oktyabrın 5-də başa çatacaq.