Böyük alman yazıçısı Yohann Volfqanq Hötenin Almaniyanın Frankfurt şəhərindəki ev-muzeyində “Azərbaycan guşəsi” açılıb. Dünya Azərbaycanlı Gənclər Birliyi tərəfindən reallaşdırılan layihə çərçivəsində açılan guşədə alman yazıçısının Azərbaycan dilində nəşr edilən kitabları yer alıb.
   Dünya Azərbaycanlı Gənclər Birliyi tərəfindən reallaşdırılan “Azərbaycan guşəsi” layihəsi çərçivəsində dünya şöhrətli yazıçı və şairlərin ev-muzeyləri, fondlarında Azərbaycan dilində nəşr olunmuş əsərlərdən ibarət guşə yaradılır.
   Layihə çərçivəsində yaxın vaxtlarda digər yazıçı və şairlərin ev-muzeylərinə də Azərbaycan dilində əsərlərin göndərilməsi və həmin muzeylərdə Azərbaycan guşələrinin açılması nəzərdə tutulur. Bu siyahıya Ernest Heminquey, Mark Tven, Conatan Svift, Teodor Drayzer, Viktor Hüqo, Migel de Servantes, Cek London, Gi de Mopassan, Fyodor Dostoyevski, Lev Nikolayeviç Tolstoy və s. məşhur ədiblər daxildir.
   Layihənin məqsədi Azərbaycan oxucusunun dünya ədəbiyyatına marağını və zəngin mənəvi sərvətə verdiyi əhəmiyyəti göstərməkdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar