İki ölkə rəssamlarının gələcək əməkdaşlıq layihələrindən söz açılıb
“ÜNS Yaradıcılıq Səhnəsi”ndə rusiyalı sənətşünas, müasir incəsənətin nəzəriyyə və praktikası ilə bağlı bir çox məqalələrin müəllifi, Rusiya və xaricdə bədii sərgilərin kuratoru Leonid Bajanov mühazirə ilə çıxış edib.
Tədbir müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunub. Rəssam Aida Mahmudovanın qurduğu “YARAT!” təşkilatının əsas məqsədlərindən biri Azərbaycanda müasir incəsənətin təbliği və peşəkar şəkildə himayə edilməsidir. “YARAT!” həmçinin təhsil təşəbbüsləri irəli sürmək, yerli və xarici rəssamlar üçün beynəlxalq tədris və yaradıcı tanışlıq proqramları hazırlayıb həyata keçirməyi qarşısına məqsəd qoyub. Təşkilat artıq bu istiqamətdə real addımlar ataraq, qurumun ideyasından irəli gələn vəzifələri uğurla həyata keçirir.
Elə bu məqsədlə də “ÜNS Yaradıcılıq Səhnəsi”ndə “YARAT!” məkanının tədris-təhsil proqramının ilk mühazirəsi keçirilib.
“YARAT!” məkanının təşəbbüsü ilə Bakıya dəvət olunmuş rusiyalı sənətşünas, “Ermitaj” Bədii Birliyinin təsisçisi Leonid Bajanov təşkilatın birinci “012 Bakı Public Art Festivalı” ilə bağlı fikirlərini söyləyərək, gələcək əməkdaşlıq perspektivləri barədə danışıb: “Burada bir çox istedadlı gənc rəssamlar var. Əgər festival ənənəvi xarakter alsa, bu, yaxşı bir təcrübə olacaq. Gələcək əməkdaşlıq perspektivlərinə gəlincə, biz bu əməkdaşlığı həm təhsil proqramları, həm də müxtəlif sərgilər formatında qurmaq niyyətindəyik. Sizin rəssamların bizim məkanda, “Ermitaj” Bədii Birliyinin rəssamlarının isə Bakıda birgə fəaliyyəti gələcək planlarımıza daxil olan məsələlərdir”.
Leonid Bajanov “Müasir incəsənət sisteminə inteqrasiya təcrübəsi” adlı mühazirə ilə çıxış edib. Sənətşünas müasir incəsənətin qolları olan andeqraund, avanqard, modernizm kimi istiqamətlərin oxşar və fərqli cəhətlərindən də söz açıb.
“Ermitaj” Bədii Birliyinin təsisçisi və rəhbəri Leonid Bajanov bu qurumun fəaliyyəti barədə də məlumat vermiş, onun filiallarının Azərbaycanla əməkdaşlıq etmək arzusunda olduğunu vurğulayıb.