"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi ilə Türkiyənin Elm və Ədəbiyyat Əsəri Sahibləri İctimai Birliyi (İLESAM) iki qardaş ölkənin ozan-aşıq sənətinin təbliği məqsədilə silsilə tədbirlər keçirəcək.
İctimai Birliyin sədr müavini Həbib Misirov bildirib ki, iki qurum tərəfindən aşıq Ələsgər, aşıq Şəmşir, Yunus Əmrə və aşıq Veysəlin yaradıcılığının təbliği ilə bağlı birgə layihələrin hazırlanması qərara alınıb. Eyni zamanda iki ölkənin aşıq sənəti, folkloru ilə bağlı əsərlərin nəşri, təbliği, el sənətkarlarının ifalarından ibarət disklərin hazırlanması da nəzərdə tutulub.