Almaniyanın Haydelberq şəhərində 25-ci beynəlxalq fortepiano musiqisi həftəsi çərçivəsində azərbaycanlı pianoçu, hazırda bu ölkədə yaşayan, Köln və Essen konservatoriyalarının müəllimi Elnarə İsmayılovanın solo konserti olub.
   Həmvətənimizin ifasında Azərbaycan, alman, fransız və ispan bəstəkarlarının əsərləri səslənib. Sənətçi Azərbaycan musiqisi barədə söhbət açıb, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev və Adil Bəbirovun əsərlərini təqdim edib.
   Konsert uğurla keçib. Almaniyanın bir sıra kütləvi informasiya vasitələri azərbaycanlı pianoçunun benefisi haqqında materiallar dərc edib.