Xəbər verildiyi kimi, “Göygöl” dövlət mahnı və rəqs ansamblının kollektivi fevralın 6-da maraqlı bir layihəyə imza ataraq Beynəlxalq Muğam Mərkəzində “Yeddi muğama səyahət” adlı konsert təqdim edib.
   Kollektiv bu dəfə Məhsəti Gəncəvinin 900 illik yubileyi ilə əlaqədar yeddi muğamda şairin rübailərinin oxunacağı konsert hazırlayır. Adətən muğamlarda qəzəl oxunur, rübailərin ifası isə yenilikdir.
   Təqdim ediləcək “Yeddi muğam” konserti “Rast”la başlayır, sonra “Şur”, “Çahargah”, “Humayun”, “Segah zabul", “Şüştər” və “Bayatı-Şiraz” səslənir, sonda proqramı yenə “Rast” muğamı tamamlayır.
   Yeni layihə tamaşaçılara Məhsəti Gəncəvinin 900 illik yubileyində təqdim olunacaq.