Kanadada dünyanın həm vəzndə, həm də qiymətdə ən ağır qəpiyi - metal pulu hazırlanıb. Bu qəpiyin nominalı 1 milyon Kanada dolları, real dəyəri 34 milyon dollar, çəkisi 1012 kiloqramdır. Qəpiyin bir üzündə Böyük Britaniya kraliçası II Yelizavetanın, digər üzündə isə günəş şüaları altında qızıl kenquru təsvir olunub. 2007-ci ildə “kəsilən” sikkənin dizayneri Britaniya kraliçasının zərgəri Stüart Devlindir. Qəpiyin hazırlanmasına 18 ay vaxt sərf olunub.