“Dünya Ədəbiyyatı Kitabxanası” (DƏK) seriyasından daha üç kitab işıq üzü görüb. İki cilddən ibarət Viktor Hüqonun “Seçilmiş əsərləri”, Nobel mükafatı laureatı Jorj Amadunun “Seçilmiş əsərləri” və “Alman ədəbiyyatı antologiyası” Azərbaycan oxucularının ixtiyarına verilib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə nəşr olunan DƏK seriyası 150 kitabdan ibarətdir. Bu seriyadan 31 kitab artıq çapdan çıxıb.