Azərbaycan Turizm İnstitutu gənc alimlərin dəstəklənməsi və respublikada turizm elminin inkişafı məqsədilə “Azərbaycanda turizmin inkişaf perspektivləri” mövzusunda elmi-tədqiqat işlərinin müsabiqəsini elan edib. İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə bakalavr, magistr və gənc doktorantlar iştirak edə bilərlər. Müsabiqəyə ölkədə turizmin müxtəlif növlərinin inkişafı ilə əlaqədar, təhlillərə və faktlara əsaslanan orijinal tədqiqat işləri qəbul edilir.
   Müsabiqə komissiyası təqdim edilən işləri qiymətləndirəcək. Qaliblər üçün mükafatlar müəyyən edilib. Birinci yer üçün 500, ikinci yer üçün 300, üçüncü yer üçün 100 manat mükafat nəzərdə tutulub.
   Materiallar dekabrın 29-dək conference@tourism.edu.az elektron ünvanına göndərilməli və ya Azərbaycan Turizm İnstitutuna (508-ci otaq) təqdim edilməlidir. Ünvan: Bakı şəhəri, K.Rəhimov küç., 822/23-cü məhəllə.

Fəxriyyə Abdullayeva