Gənc Tamaşaçılar Teatrı «Fəcr” festivalında diplom qazanıb

   Gənc Tamaşaçılar Teatrının kollektivi festivaldan qayıdıb. Yaradıcı heyət İran İslam Respublikasının hər il ənənəvi keçirilən 32-ci Beynəlxalq «Fəcr ongünlüyü» teatr festivalında iştirak edib. Dünyanın müxtəlif ölkələrinin aparıcı teatr kollektivlərinin iştirak etdiyi festival İsla... Ətraflı

“Varlı qadın”: indi də kumık dilində

   Dağıstan Respublikası İnformasiya Agentliyinin verdiyi xəbərə görə, Mahaçqalada Alimpaşa Salavatov adına Kumık Dövlət Musiqili Dram Teatrı yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” komediyası üzərində işini tamamlamaq mərhələsindədir. Tamaşanın quruluşçu rejissoru İslam Qazıyev,... Ətraflı

Moskva Akademik Teatrı Bakıya qastrola gələcək

     Yevgeni Vaxtanqov adına Moskva Akademik Teatrı Bakıya qastrola gələcək. Azərbaycan Dövlət Rus Dram Teatrından verilən məlumata görə, mayın 21-22-də teatrının səhnəsində “Həvvaya ithaf” tamaşası oynanılacaq. Rejissoru Rusiyanın Xalq artisti Sergey Yaşin olan tamaşada baş... Ətraflı

“Min bir gecə” baleti Daşkənddə 100-cü dəfə nümayiş olunub

   Daşkənddəki Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin yüzüncü yubiley tamaşası göstərilib.       Tamaşada Daşkənddəki xarici ölkə səfirliklərinin əməkdaşları, Öz... Ətraflı

Uşaq Teatrında «Məzəli hadisə»

   Bakı Uşaq Teatrı artıq xeyli müddətdir ki, üç tamaşa üzərində işləyir. Teatr yaxın günlərdə hər üç tamaşanı azyaşlıların ixtiyarına verəcək. Teatrın rəhbəri İntiqam Soltan bildirib ki, fevralın 12-də Asəf Bayramovun «Mikki Mausun toyu» əsərinin motivləri əsasında hazırladığı «Şrek ... Ətraflı

İnteqrativ Tamaşaların V Milli Festivalı

   Əlilliyi olan uşaq və gənclər aktyor bacarıqlarını nümayiş etdirdilər      Fevralın 9-da «Müstəqil həyat» İnkişaf və Dəstək Mərkəzi və «Müşviq» Əlil Uşaqlara Yardım İctimai Birliyi təşkilatçılığı ilə Əlilliyi olan Uşaq və Gənclərin İnteqrativ Tamaşalar... Ətraflı

“Göyçək Fatma” tamaşasının premyerası oldu

   Fevralın 5-də Dövlət Gənc Tamaşaçılar Teatrında “Göyçək Fatma” tamaşasının premyerası oldu. Eyniadlı xalq nağılının motivləri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor və xoreoqrafı Nicat Kaz... Ətraflı

Füzuli Dram Teatrı premyeraya hazırlaşır

   Füzuli Dövlət Dram Teatrında 2011-ci ilin repertuarında Hüseynbala Mirələmovun «Vicdanın hökmü» əsərinin son məşqləri gedir. Əsər Qarabağ həsrəti, Qarabağ dərdi, vətəndən uzaqda yaşayan soydaşımızın vətən torpağına olan biganəliyindən, laqeydliyindən, digər soydaşımızın isə vətənin... Ətraflı

Rusiyalı sənətçi «Yeddi gözəl»də Bəhram şah rolunu ifa edəcək

   Fevralın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayevin «Yeddi gözəl» baletinin tamaşası keçiriləcək. Tamaşada Bəhram şah rolunun ifaçısı Rusiyanın Böyük Teatrının aparıcı solisti - balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Sankt-Peterburqun... Ətraflı

“Sarıqamışdan Çanaqqalaya”

   Azərbaycan və Türkiyə sənətçilərinin birgə səhnə əsəri      Martın 18-də Türkiyənin Manisa şəhərində Türkiyə və Azərbaycanın teatr ustalarının birgə səhnələşdirdikləri “Sarıqamışdan Çanaqqalaya” tamaşası göstəriləcək. Bu barədə Manisa bələdiyyəsinin nə... Ətraflı