![](/img/news/700x420/11501.jpg)
XVII əsrin böyük Azərbaycan şairi Saib Təbrizinin türkcə şeirlərinin elmi-tənqidi mətni “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildiriblər ki, tədqiqatçı Məhəmmədəli Hüseyni mətni tərtib edərkən şairin əsərlərinin dünyanın müxtəlif kitabxanalarında saxlanan 4 nüsxəsindən istifadə edib.
Nəşrin elmi redaktoru AMEA-nın Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur. O, kitaba yazdığı “Ön söz”də tənqidi mətnin Saib Təbrizinin anadilli şeirlərinin indiyədək işıq üzü görmüş nəşrlərində gedən çoxsaylı səhvlərə son qoyacağını qeyd edib.