Prezident İlham Əliyevin görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illik yubileyi haqqında sərəncamına əsasən ölkəmizdə silsilə tədbirlər keçirilir və ədibin əsərləri yenidən nəşr olunur. AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən nəşr etdirilmiş “Məhsəti Gəncəvi nəğmələri” kitabı da bu qəbildəndir.
   Beş dildə tərtib olunmuş yeni nəşrin “Ön söz”ünün və rübailərin farscadan tərcüməsinin müəllifi muzeyin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynov, musiqi redaktoru isə Kamilla Sədirxanovadır.
   Nəşrdə bəstəkar Rizvan Sədirxanovun ədəbiyyat tarixində mahir rübai ustası kimi şöhrət tapmış XII əsrin böyük Azərbaycan şairəsinin Rafael Hüseynov tərəfindən farscadan ana dilimizə poetik tərcümə etdiyi rübailərə bəstələdiyi 5 mahnı da verilib. Bu mahnılarda əsas mövzu həyat fəlsəfəsi, məhəbbət, insanın öz böyük arzuları uğrunda mübarizəsidir. Not yazıları həm professional ifa, həmçinin musiqi məktəblərinin şagirdləri üçün nəzərdə tutulub. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar