Bö­yük Azər­bay­can mü­tə­fək­ki­ri Sey­yid Yəh­ya Ba­ku­vi­nin və­fa­tı­nın 550 il­li­yi­nə həsr olun­muş el­mi konf­rans­da 11 öl­kə­nin alim­lə­ri bir ara­ya gə­lib

İ­yu­lun 2-də Ba­kı­da Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin və AMEA-nın Fəl­sə­fə, So­sio­lo­gi­ya və Hü­quq İns­ti­tu­tu­nun təş­ki­lat­çı­lı­ğı ilə bö­yük şa­ir, alim və mü­tə­fək­kir, xəl­və­ti­lik fəl­sə­fə­si­nin ən görkəmli təm­sil­çi­si Sey­yid Yəh­ya Ba­ku­vi­nin və­fa­tı­nın 550 il­li­yi­nə həsr olun­muş bey­nəl­xalq el­mi konf­rans işə baş­la­dı. Təd­bir­də azər­bay­can­lı mü­tə­xəs­sis­lər­lə ya­na­şı, 11 öl­kə­ni təm­sil edən ta­nın­mış təd­qi­qat­çı­lar da iş­ti­rak edir­di­lər.

Konfransın aparıcısı mə­də­niy­yət və tu­rizm na­zi­ri­nin müa­vi­ni Sev­da Məm­mə­də­li­ye­va iş­ti­rak­çı­la­rı sa­lam­la­ya­raq tədbirin əhə­miy­yə­ti­ni vur­ğu­la­dı. Qeyd olun­du ki, ötən il UNES­CO bö­yük mü­tə­fək­ki­rin yu­bi­le­yi­nin qeyd olun­ma­sı ba­rə­də qə­rar qə­bul edib və bey­nəl­xalq el­mi konf­rans təş­ki­la­tın yu­bi­ley­lər proq­ra­mı çər­çi­və­sin­də ke­çi­ri­lir.
Təd­bir­də çı­xış edən mə­də­niy­yət və tu­rizm na­zi­ri Əbül­fəs Qa­ra­yev bil­dir­di ki, Azər­bay­ca­nın bö­yük mü­tə­fək­kir ali­mi Ba­ku­vi­nin hə­ya­tı və fəa­liy­yə­ti müx­tə­lif dövr­lər­də in­san­la­rın diq­qət mərkəzində olub: “O­nun əsər­lə­ri­ni, mi­ras qoy­du­ğu zən­gin ir­si mul­ti­kul­tu­ra­lizm ba­xı­mın­dan təh­lil edər­kən gö­rü­rük ki, hə­lə o dövr­də Ba­ku­vi öz əsər­lə­rin­də qar­şı­lıq­lı hör­mət, eh­ti­ra­mı təb­liğ edir, di­gər mil­lət­lə­rin mə­də­niy­yət­lə­ri­nə bö­yük hör­mət­lə ya­na­şır­dı. O, su­fizm­də ye­ni bir is­ti­qa­mə­ti in­ki­şaf et­dir­miş­di. Çox fəxr edi­rik ki, be­lə bir azər­bay­can­lı ali­mi bü­tün dün­ya qə­bul edir. Su­fizm is­lam dün­ya­sı­nın, is­lam mə­də­niy­yə­ti­nin ay­rıl­maz bir his­sə­si­dir, tə­fək­kür, mə­nə­viy­yat is­ti­qa­mə­ti­dir. Tə­sa­dü­fi de­yil ki, müx­tə­lif dövr­lər­də bu fəl­sə­fi mək­tə­bə in­san­lar, müx­tə­lif fi­kir sa­hib­lə­ri önəm ve­rib­lər. Və­fa­tın­dan 550 il keç­mə­si­nə bax­ma­ya­raq bu gün də onun ir­si hör­mət­lə anı­lır, təd­qi­qat­lar apa­rı­lır”.
Na­zir qeyd et­di ki, son il­lər Azər­bay­can xal­qı­nın mə­də­ni ir­si bey­nəl­xalq təş­ki­lat­lar­da, müx­tə­lif konf­rans­lar­da, mü­za­ki­rə­lər­də bö­yük ma­raq do­ğu­rur. UNES­CO-nun xət­ti ilə ke­çi­ri­lən təd­bir bu­na da­ha bir sü­but­dur: “Bu konf­rans­da 11 öl­kə­dən nü­ma­yən­də­lə­ri gö­rü­rük­sə, de­mə­li, azər­bay­can­lı mü­tə­fək­ki­rin 5-6 əsr bun­dan əv­vəl ya­rat­dı­ğı mək­təb bu gün də ge­niş el­mi ic­ti­maiy­yə­tin diq­qə­ti­ni cəlb edir: “Bu, el­mi bir konf­rans­dır. Da­ha çox nə­zə­riy­yə ba­xı­mın­dan öz fi­kir və təəs­sü­rat­la­rı­mı­zı bil­di­ri­rik. La­kin nə­zə­riy­yə təc­rü­bə­dən heç vaxt ge­ri qal­ma­ma­lı, təc­rü­bə­yə əsas­lan­ma­lı­dır. İs­tər­dik ki, alim­lər, də­yər­li təd­qi­qat­çı­lar Azər­bay­can el­mi­nin, mə­də­niy­yə­ti­nin bu­gün­kü sə­viy­yə­si­ni gör­sün­lər, qiymətli fi­kir­lə­ri ilə mə­də­niy­yət­lə­ra­ra­sı, din­lə­ra­ra­sı dia­lo­qa el­min gü­cüylə bö­yük bir tə­kan ver­sin­lər. İna­nı­ram ki, on­lar bu kon­frans­da pro­ses­lə­rə müa­sir nöq­te­yi-nə­zər­dən ba­xa­raq ma­raq­lı fi­kir­lər söy­lə­yə­cək, bi­zim alim­lə­ri­miz or­ta­ya çı­xan fi­kir­lər­dən də ya­rar­la­na­raq Azər­bay­can el­mi­nin hə­qi­qə­tən bə­şə­ri bir elm ol­ma­sı­nı bir da­ha sü­but edə­cək­lər”.
* * *
A­zər­bay­can Res­pub­li­ka­sı Di­ni Qu­rum­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri El­şad İs­gən­də­rov çı­xı­şın­da qeyd et­di ki, xəl­və­tiy­yə tə­ri­qə­ti­nin əsas si­ma­la­rın­dan olan Ba­ku­vi­nin önəm­li mə­ziy­yət­lə­rin­dən bi­ri Azər­bay­can türk­cə­sin­də ya­zıb-ya­rat­ma­sı­dır: “O dövr­də elm sa­hə­sin­də ərəb, ədə­biy­yat sa­hə­sin­də da­ha çox fars dil­lə­ri is­ti­fa­də edil­sə də, o, əsas əsə­ri­ni Azər­bay­can türk­cə­sin­də yaz­mış­dı. Onun fəa­liy­yə­ti Azər­bay­ca­nın və re­gio­nun çər­çi­və­si ilə məh­dud­laş­mır. Müa­sir döv­rün prob­lem­lə­ri­ni gö­tür­sək, Ba­ku­vi əsər­lə­rin­də on­la­rın bir ço­xu­na ca­vab ta­pa bi­li­rik. Bu gün dün­ya­da ən bö­yük prob­lem yal­nız za­hi­ri əla­mət­lə­rə da­ha çox önəm ver­mək­dir. Hal­bu­ki in­sa­nın ba­ti­ni, ru­hu, niy­yə­ti da­ha çox önəm da­şı­yır. Xəl­və­ti­li­yin qa­bart­dı­ğı mə­qam di­nin ru­hu­nu, əx­la­qı­nı həm də da­xi­lən ya­şa­maq idi. O, in­sa­nın ka­mil­ləş­mə­sin­də ir­fa­nın, ədə­bin, əx­la­qın bö­yük ro­lu­nu aşı­la­yır­dı, in­san­la­rı qar­daş­lı­ğa, bir­li­yə ça­ğı­rır­dı”.
U­NES­CO üz­rə Azər­bay­can Mil­li Ko­mis­si­ya­sı­nın 1-ci ka­ti­bi Gü­nay Əfən­di­ye­va qeyd et­di ki, təş­ki­la­tın mə­də­niy­yət sa­hə­sin­də əsas proq­ram­la­rın­dan bi­ri gör­kəm­li şəx­siy­yət­lə­rin və ta­ri­xi ha­di­sə­lə­rin yu­bi­ley­lə­rinin qeyd olun­ma­sı ilə bağ­lı­dır. İki il­dən bir üzv öl­kə­lər UNES­CO-ya öz na­mi­zəd­lə­ri­ni təq­dim edir və on­ların müəy­yən me­yar­lar se­çi­min­dən keç­dik­dən son­ra yu­bi­ley­lə­ri­nin bey­nəl­xalq qu­ru­mun hi­ma­yə­si al­tın­da ke­çi­ril­mə­si­nə qə­rar ve­ri­lir: “A­zər­bay­can bu proq­ram­da çox fə­al iş­ti­rak edir. Son il­lər UNES­CO-da müx­tə­lif mə­də­niy­yət və elm xa­dim­lə­ri­mi­zin yu­bi­ley­lə­ri ke­çi­ri­lib. Bu il də təş­ki­lat sə­viy­yə­sin­də Azər­bay­can­la bağ­lı üç yu­bi­ley qeyd olun­maq­da­dır. Bun­lar­dan bi­ri gör­kəm­li şai­rə Məh­sə­ti Gən­cə­vi­nin 900 il­lik, di­gə­ri da­hi bəs­tə­ka­rı­mız Üze­yir Ha­cı­bəy­li­nin “Ar­şın mal alan” mu­si­qi­li ko­me­di­ya­sı­nın 100 il­lik, üçün­cü­sü isə bö­yük mü­tə­fək­ki­ri­miz Se­yyid Yəh­ya Ba­ku­vi­nin və­fa­tı­nın 550 il­liyi ilə bağ­lı olan təd­bi­r­dir”.
Ba­ku­vi­nin yu­bi­le­yi­nin bir ne­çə ay­dan son­ra UNES­CO-da da qeyd olu­na­ca­ğı­nı de­yən G.Ə­fən­di­ye­va bil­dir­di ki, gör­kəm­li mü­tə­fək­kir-fi­lo­sof dün­ya miq­yas­lı şəxsiy­yətdir: “Be­lə da­hi­lə­rin ya­rat­dıq­la­rı heç bir za­ma­na sığ­mır, on­la­rın ya­ra­dı­cı­lı­ğı hər za­man öz ak­tual­lı­ğı ilə diq­qə­ti cəlb edir. Onun zən­gin fəl­sə­fi və ədə­bi əsər­lə­ri­nin də əsa­sı­nı sül­hə, düz­lü­yə, dost­lu­ğa ça­ğı­rış təş­kil edir. Müa­sir za­man­la onun ya­ra­dı­cı­lıq ax­ta­rış­la­rı­nı mü­qa­yi­sə et­sək gö­rə­rik ki, UNES­CO-nun da əsas hə­dəf­lə­rin­dən bi­ri mə­də­niy­yət­lə­ra­ra­sı dia­loq va­si­tə­si­lə da­vam­lı sül­hə na­il ol­maq, dün­ya­da to­le­rant bir cə­miy­yət ya­rat­maq­dır. Azər­bay­can bu mə­na­da bir nü­mu­nə ki­mi gös­tə­ri­lə bi­lər”.
Xəl­və­tiy­yə Cə­miy­yə­ti­nin səd­ri, şeyx El-Ma­mou­ne El-Ka­ci­mi El-Has­sa­ni bil­dir­di ki, Ba­ku­vi ki­mi alim­lər is­la­mi də­yər­lə­rin qo­run­ma­sın­da bö­yük rol oy­na­yıb­lar: “On­la­rın ir­si, ya­ra­dı­cı­lı­ğı bu gün də bu də­yər­lə­rin qo­run­ma­sı­na xid­mət edir. Bə­şə­riy­yə­tin bor­cu­dur ki, be­lə bir ali­min ədə­bi-fəl­sə­fi ir­si­ni yad et­sin, gə­lə­cək nə­sil­lə­rə çat­dır­sın. Bu mə­na­da təd­bi­ri yük­sək qiy­mət­lən­di­ri­rəm. Bil­di­yi­niz ki­mi ali­min əsas fi­kir­lə­ri in­san­lar ara­sın­da bə­ra­bər­lik, on­la­rın azad­lıq dü­şün­cə­lə­ri, bir-bi­ri­nə hör­mət, müa­sir bə­şə­riy­yə­tin ar­zu­la­dı­ğı bö­yük də­yər­lə­rə xid­mət et­miş­dir. Biz he­sab edi­rik ki, in­sa­nın da­xi­li alə­mi dai­ma ka­mil­ləş­mə­yə doğ­ru get­mə­li­dir. Mə­nə­vi in­ki­şa­fı tə­min et­mək üçün is­la­mi də­yər­lə­rin bö­yük ro­lu var. Bu də­yər­lə­ri qo­ru­maq la­zım­dır”.
A­MEA-nın Fəl­sə­fə, So­sio­lo­gi­ya və Hü­quq İns­ti­tu­tu­nun di­rek­to­ru ­İl­ham Məm­məd­za­də el­mi araş­dır­ma­lar­da keç­miş­lə bu gü­nün vəh­də­tin­dən, dün­ya el­mi ilə əla­qə­lər­dən söz aç­dı: “Keç­miş­lə bağ­lı araş­dır­ma apa­ran alim­lər çox bö­yük iş­lə məş­ğul olur­lar. On­lar keç­mi­şi dərk et­mək is­tə­yir­lər. Bu­nun­la on­lar ey­ni za­man­da hu­ma­ni­tar, ic­ti­mai elm­lə­rin va­cib­li­yi­ni bir da­ha gös­tə­rir­lər. He­sab edi­rəm ki, Azər­bay­can ta­ri­xi­ni, fəl­sə­fə­si­ni dərk et­mək üçün qa­pa­lı ol­ma­maq, dün­ya alim­lə­ri ilə bir­gə ça­lış­maq la­zım­dır. Çün­ki keç­mi­şi­miz yal­nız bi­zim de­yil, o, dün­yə­vi­dir”.
Mə­ra­keş Kral­lı­ğı­nın Azər­bay­can Res­pub­li­ka­sın­da­kı föv­qə­la­də və sə­la­hiy­yət­li sə­fi­ri Hə­sən Ha­mi Azər­bay­can­da ke­çi­ri­lən bey­nəl­xalq təd­bir­lə­rin mə­də­niy­yə­tləra­ra­sı dia­lo­qa ver­di­yi töh­fə­lər­dən söz aç­dı, Ba­ku­vi əsər­lə­ri­nin dərk edil­mə­si­ni, ey­ni za­man­da Azər­bay­ca­nın dərk edil­mə­si ki­mi qiy­mət­lən­dir­di.
Ba­ku­vi ir­si­nin fran­sa­lı təd­qi­qat­çı­sı, pro­fes­sor Te­ri Zar­kon ali­min fəl­sə­fi fi­kir və ide­ya­la­rı ilə bö­yük ma­raq­la ta­nış ol­du­ğu­nu de­di: “A­zər­bay­can­da və Tür­ki­yə­də bu sa­hə­nin çox­lu bi­li­ci­lə­ri var­dır. Fran­sa, ABŞ, Əl­cə­zair və di­gər öl­kə­lər­də bu is­ti­qa­mət­də cid­di araş­dır­ma­la­r apa­rı­lır”.
A­ka­de­mik Va­sim Məm­mə­də­li­yev Ba­kı­da be­lə bir konf­ran­sın ke­çi­ril­mə­si­nin tə­sa­dü­fi ol­ma­dı­ğı­nı qeyd et­di: “A­zər­bay­can müx­tə­lif dövr­lər­də is­lam alə­mi­nə, is­lam el­mi­nə də­yər­li töh­fə­lər ve­rib. Ba­ku­vi ki­mi in­san­lar di­nin ba­ti­ni­nə da­ha çox diq­qət çə­kib­lər. Mə­həm­məd pey­ğəm­bə­rin hə­di­si­nə - “Haqq car­çı­la­rı olun - di­li­niz­lə yox, ba­ti­ni­niz­lə!” dai­ma əməl edib­lər”.
Çı­xış­lar­da son il­lər mə­də­niy­yət­lər və si­vi­li­za­si­ya­la­ra­ra­sı dia­loq möv­zu­sun­da bir çox bey­nəl­xalq təd­bir­lə­rin tə­şəb­bü­sü­nün Azər­bay­can tə­rəf­indən irə­li sü­rül­dü­yü xü­su­si qeyd olun­du. Ba­kı­da təş­kil edil­miş konf­ran­sın əhə­miy­yə­ti­ni vur­ğu­la­yan na­tiq­lər diq­qə­tə çat­dır­dı­lar ki, Se­yyid Yəh­ya Ba­ku­vi­nin əsər­lə­rin­də onun fəl­sə­fi-di­ni dü­şün­cə­si və tə­səv­vüf an­la­yı­şı ba­rə­də ge­niş mə­lu­mat var. Ona qə­dər tə­səv­vüf sa­hə­sin­də əsər ya­zan müəl­lif­lər o qə­dər də çox de­yil­di. Xü­su­si­lə xəl­və­ti­lik tə­ri­qə­ti­nin sis­te­mi və üsul­la­rı haq­qın­da on­dan əv­vəl ya­zıl­mış əsər­lə­rə tə­sa­düf edil­mir. De­mək olar ki, xəl­və­ti­lik tə­ri­qə­ti­nin təq­ri­bən üsul və prin­sip­lə­ri ilk də­fə onun tə­rə­fin­dən ya­zı­ya alı­nıb. O, 20-dən çox əsə­ri ilə xəl­və­ti­li­yin tə­səv­vü­fi-fəl­sə­fi əsas­la­rı­nı qu­ra­raq gü­nü­mü­zə qə­dər gəl­mə­si­ni tə­min edib.
Vur­ğu­lan­dı ki, Se­yyid Yəh­ya Ba­ku­vi­nin əsər­lə­ri bu gün də öz ak­tual­lı­ğı­nı sax­la­maq­da­dır. Onun fi­kir­lə­ri bə­şə­riy­yə­tə öz töh­fə­si­ni ver­mək­də­dir. Çün­ki bu əsər­lər­də, fi­kir­lər­də dün­ya­ya sülh, in­san­la­ra bə­ra­bər­lik, həm­rəy­lik öz ək­si­ni ta­pıb. Elə bu­na gö­rə də be­lə mü­tə­fək­kir­lə­rin ir­si­ni öy­rə­nə­rək təb­liğ et­mək la­zım­dır. Gü­nün ikin­ci ya­rı­sın­da konf­rans­da müx­tə­lif öl­kə­lə­ri təm­sil edən alim­lə­rin Sey­yid Yəh­ya Ba­ku­vi­nin hə­yat və ya­ra­dı­cı­lı­ğı­na da­ir mə­ru­zə­lə­ri din­lə­nil­di.
Bey­nəl­xalq el­mi konf­rans iyu­lun 3-də ye­kun­la­şa­caq.

Cey­hun Zər­bə­li­yev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar