Bə
şəriyyət hazırkı inkişafına görə məhz kitablara borcludur. Min illərdir qazanılmış bilik və təcrübələrin qorunaraq nəsillərdən-nəsillərə ötürülməsi insan cəmiyyətinin varislik prinsipini təmin etmişdir. Bu prosesdə kitabların rolu əvəzedilməzdir. İnsanın taleyində kitabın rolu, mütaliənin əhəmiyyəti barədə ziyalıların fikirlərini öyrənmək istədik. Bir daha yəqin etdik ki, sivilizasiyanın istənilən səviyyəsində kitab bilik və təcrübə qaynağı kimi prioritet vasitə olaraq qalacaq.
Folklor
şünas, professor Məhərrəm Qasımlı:- Kitab bizim
Kitab insanın yol yoldaşı, sirdaşıdır. Ağlının, ruhunun işıq m
ənbəyidir. İnsanı formalaşdıran ən mühüm amillərdən biri şübhəsiz ki, onun oxuduğu zəngin kitablardır.Biz tarix
ən kitabı ənənəvi yolla oxumuşuq. Amma bu gün informasiya cəmiyyətidir və müasir texnologiyalar elə imkan yaradıb ki, kitabları həm də internetdən, elektron vasitələrlə oxuyuruq. Bu da bir yoldur. Ancaq əsas məsələ oxumaqdır. Sadəcə olaraq, bir məsələdən çox nigaranam ki, elektron kitab ehtiyatında heç də maraqlı kitabların hamısı yoxdur. O səbəbdən də gənclərin, yeniyetmələrin bizim dədə-baba üsulu ilə kitabxanalarımıza baş çəkməsi, o kitabları da oxumasını çox vacib sayıram. Düşünürəm ki, insan özünün böyük kəşflərini kitablarla bağlı etmişdir. Düzdür, başqa kəşflər də var, amma onların da mənbəyi kitablardır. Biz öncə kitabı, sonra onun dəstəyi, enerjisi və təkanı ilə böyük elm sahələrini, elmi məsələləri kəşf etmişik. Bu gün də mən kitaba müqəddəs bir varlıq kimi baxır, onu diri və canlı hesab edirəm. Çünki orada insanın nəfəsinin, ağlının, gücünün, ürəyinin həssaslığı var. Gəlin, kitablarımızı, kitab mədəniyyətimizi qoruyaq. Kitab mədəniyyəti bizi çox işıqlı sabahlara aparmaq gücündədir.
Əd
əbiyyatşünas, professor Asif Rüstəmli:-
Respublikamızda artıq üçüncü d
əfədir, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq kitab sərgi-yarmarkası keçirilir. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi kitabın təbliğində, sevilməsində, oxucu marağının öyrənilməsində böyük rol oynayır. Sərgi kitabın poliqrafik keyfiyyətinin vizual barometridir. Burada keyfiyyətli və keyfiyyətsiz kitabların müqayisə edilməsi yolu ilə poliqrafiya müəssisələri haqqında, mütəxəssislərin səviyyəsi, texniki imkanlar barədə aydın təsəvvürlər yaranır.M
ən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm, tələbə, gənc oxucu auditoriyası ilə daim təmasdayam. Etiraf edim ki, tələbələrimizin kitaba marağının azalması, ədəbiyyata laqeyd münasibəti məni narahat edir. Çünki tələbələr ona tapşırılan dərs vəsaitindən əlavə ədəbiyyatı mütaliə etməkdə çətinlik çəkirlər. Həmişə yeniliyə can atan gənclər bəzən sosial şəbəkələrə, informasiya portallarına və digər elektron vasitələrə ifrat aludə olur, kitab oxumağa vaxt tapmırlar.H
ər bir insanın kitaba meylinin güclənməsində yüksək səviyyəli, oxucu tələbinə cavab verən ədəbiyyatın nəşri mühüm rol oynaya bilər. Böyük sənətkarlıqla yazılmış kitabları mütəmadi mütaliə edən oxucu yüksək zövqə, geniş dünyagörüşünə, dərin biliyə, aydın zəkaya, işıqlı təfəkkürə sahib olur. Düşünürəm ki, ciddi ədəbiyyatla zəif ədəbiyyat arasında sərhəd qoymağın vaxtı çatıb. Tələbələrin, gənclərin kitaba marağının azalmasında “boz ədəbiyyat” qara piar missiyasını daşıyır. İstərdim ki, zəif kitablar geniş oxucu auditoriyasına buraxılmasın. Yaxud da ciddi ədəbiyyatı zəif əsərlərdən ayırmaq üçün hansısa fərqləndirici nişan olsun. Özünü və ya əzizini kitab vasitəsilə reklam etdirmək istəyənləri oxucu öncədən tanımalıdır. Çünki qeyri-peşəkar ədəbiyyat oxucu zövqünü korlayır, kitab mədəniyyətinə ciddi zərbə vurur.III Bak
ı Beynəlxalq Kitab Sərgi-Yarmarkasından gözləntimiz böyükdür. Ümid edirik ki, belə möhtəşəm tədbirlər oxucuların kitaba marağının artmasında mühüm rol oynayacaq.
Şair, Az
ərbaycan Yazıçılar Birliyinin üzvü Hüseyn Bağıroğlu:- Müasir insan kitaba ruhu il
Mənim dü
şüncəmə görə, insanın ömrü boyu mütaliəyə ehtiyacı olmalıdır. Kitabsız ömür sürməyi, mütaliəsiz həyatı əsl həyat hesab etmirəm. Mütaliəsiz insan nəinki millətinə, hətta özünə də yükdür. Çünki insan təfəkkürü mütaliə sayəsində genişlənir. İnsan mütaliə edə-edə bir ziyalı kimi formalaşır. Bizi gərəksizlikdən xilas edən bir şey varsa, o da mütaliədir. Bilənlə bilməyən bir ola bilməz. Arzum budur ki, dünyada heç kəs kitabsız olmasın.Fariz Yunisli