“Xalq əma­nə­ti” la­yi­hə­si­nin ye­ni nəş­rin­də Xə­lil Rza Ulu­tür­kün əsər­lə­rin­dən seç­mə­lər və tər­cü­mə­lə­ri yer alıb

De­kab­rın 26-da “Xalq Bank”ın “Xalq əma­nə­ti” la­yi­hə­si çər­çi­və­sin­də XX əsr poe­zi­ya­sı­nın gör­kəm­li nü­ma­yən­də­si, is­tiq­lal şai­ri Xə­lil Rza Ulu­tür­kün əsər­lə­rin­dən seç­mə­lə­rin və ədə­bi tər­cü­mə­lə­ri­nin yer al­dı­ğı “Dü­nə­nəm! Bu­gü­nəm! Gə­lə­cə­yəm mən!” ad­lı ki­ta­bın təq­di­mat mə­ra­si­mi ke­çi­ril­di. Əv­vəl­cə Xalq şai­ri­nin hə­yat və ya­ra­dı­cı­lı­ğı­na həsr edi­lən vi­deo­çarx nü­ma­yiş olun­du.

Təd­bi­ri gi­riş sö­zü ilə açan mil­lət və­ki­li, AMEA-nın müx­bir üz­vü Ni­za­mi Cə­fə­rov bil­dir­di ki, Xə­lil Rza Ulu­türk müa­sir Azər­bay­can ədə­biy­ya­tı­nın gü­nə­şi­dir və o, in­qi­la­bi ener­ji­si ilə ye­ni bir ədə­biy­yat ya­rat­dı: “O ədə­biy­yat ki, onun mü­qa­yi­sə olu­na bi­lə­cə­yi poe­zi­ya, dü­şün­cə tər­zi yox­dur. Söh­bət bu­ra­da onun ya­ra­dı­cı ki­mi da­hi­li­yin­dən yox, onun ideal­la­rın­dan ge­dir. Xə­lil Rza Ulu­türk bu ideal­la­rı öm­rü­nün so­nu­na qə­dər bir və­tən­daş, bir azər­bay­can­lı, bir türk ki­mi da­şı­dı”.
Ki­ta­bın ön sö­zü­nün müəl­li­fi, AMEA-nın Əl­yaz­ma­lar İns­ti­tu­tu­nun di­rek­to­ru, aka­de­mik Tey­mur Kə­rim­li Xə­lil Rza­nı mil­lə­tin dos­tu ad­lan­dır­dı, ic­ti­mai xa­dim ki­mi fəa­liy­yə­ti­ni yük­sək də­yər­lən­dir­di: “Xə­lil Rza, doğ­ru­dan da, mil­lə­ti­nin, həm­kar­la­rı­nın, hə­məsr­lə­ri­nin dos­tu idi. Düş­mən isə onun mis­ra­la­rı­nın odu-alo­vu qar­şı­sın­da da­ya­na bil­məz­di. Nə qə­dər ki, Azər­bay­ca­na iki­li stan­dart­lar tət­biq olu­nur, döv­lə­ti­mi­zin uğur­la­rı­na qıs­qanc­lıq­la ya­na­şı­lır, nə qə­dər ki, öl­kə­mi­zə düş­mən mü­na­si­bət­də olan­lar var, o müd­dət­cə Xə­lil Rza ya­ra­dı­cı­lı­ğı ak­tual­lı­ğı­nı qo­ru­yub sax­la­ya­caq”.
Xalq şai­ri Zə­lim­xan Ya­qub çı­xı­şın­da mər­hum şai­rin poe­zi­ya­sın­dan və dün­ya ədə­biy­ya­tın­dan et­di­yi tər­cü­mə­lər­dən bəhs et­di, xa­ti­rə­lə­ri­ni bö­lüş­dü: “Xə­lil Rza Azər­bay­can­da bü­töv bir qəh­rə­man­lar nəs­li ye­tiş­dir­di. Gə­lə­cək nə­sil­lər XX əs­rin 50-ci il­lə­rin­dən son­ra­kı döv­rə nə­zər sa­lan­da Xə­lil Rza Ulu­türk gö­rü­nə­cək”.
Ki­ta­bın tər­tib­çi­si, ədə­biy­yat­şü­nas Yu­sif Gü­nay­dın, Xə­lil Rza ir­si­nin təd­qi­qat­çı­sı Əli­za­də Əs­gər­li və şa­ir Va­hid Əziz isə Xə­lil Rza ya­ra­dı­cı­lı­ğı­nın ide­ya sə­nət­kar­lıq xü­su­siy­yət­lə­rin­dən söz aç­dı­lar.
Son­da çı­xış edən şai­rin ömür-gün yol­da­şı, nəş­rin məs­lə­hət­çi­si Fi­rən­giz Ulu­türk ki­ta­bın onun üçün önə­min­dən, Xə­lil Rza ir­si­nə döv­lə­tin gös­tər­di­yi qay­ğı­dan bəhs et­di, ki­ta­bın nəşr edil­mə­sin­də əmə­yi ke­çən hər kə­sə tə­şək­kü­rü­nü bil­dir­di.
Qeyd edək ki, hə­diy­yə­lik nəşr olu­nan ki­tab təh­sil müəs­si­sə­lə­ri­nə, ki­tab­xa­na­la­ra, müx­tə­lif fond­la­ra, döv­lət müəs­si­sə­lə­ri­nə, öl­kə­mi­zin xa­ric­də fəa­liy­yət gös­tə­rən sə­fir­lik və kon­sul­luq­la­rı­na təq­dim olu­na­caq.

Fa­riz Hü­sey­nov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar