Pro­fes­sor Qə­zən­fər Pa­şa­ye­vin ki­tab­la­rı­nın və ona həsr olun­muş nəş­rin təq­di­ma­tı

De­kab­rın 26-da Mil­li Ki­tab­xa­na­da AMEA-nın Ni­za­mi adı­na Ədə­biy­yat İns­ti­tu­tu­nun baş el­mi iş­çi­si, pro­fes­sor Qə­zən­fər Pa­şa­ye­vin “Se­çil­miş əsər­lə­ri”­nin VII cild­li­yi, “İ­raq-türk­man na­ğıl­la­rı” və Va­qif İsa­qoğ­lu­nun alim haq­qın­da yaz­dı­ğı “Mə­na­lı öm­rün das­ta­nı” ki­tab­la­rı­nın təq­di­ma­tı ke­çi­ril­di.

Təd­bi­ri ki­tab­xa­na­nın di­rek­to­ru Kə­rim Ta­hi­rov aça­raq bil­dir­di ki, Qə­zən­fər Pa­şa­ye­vin ya­ra­dı­cı­lı­ğı Azər­bay­can el­mi­nə bö­yük töh­fə­dir. Ali­min İraq türk­man­la­rı­nın folk­lo­ru­na və ədə­biy­ya­tı­na həsr et­di­yi ki­tab­lar ic­ti­maiy­yət tə­rə­fin­dən da­im ma­raq­la qar­şı­la­nıb, ge­niş oxu­cu rəğ­bə­ti qa­za­nıb.
Mil­lət və­ki­li, AMEA-nın müx­bir üz­vü Ni­za­mi Cə­fə­rov alim həm­ka­rı­nı xal­qın mə­həb­bə­ti­ni qa­zan­mış də­yər­li zi­ya­lı və mə­nə­vi key­fiy­yət­lər­lə zən­gin bir şəx­siy­yət ki­mi xa­rak­te­ri­zə et­di. Bil­dir­di ki, onun araş­dır­ma­la­rı İraq­da ya­şa­yan türk­man soy­daş­la­rı­mı­zın ədə­bi ir­si­nin Azər­bay­can­da da­ha da ge­niş ta­nı­dıl­ma­sı­na öz töh­fə­si­ni ve­rə­cək.
Mil­li Məc­li­sin üz­vü Qə­ni­rə Pa­şa­ye­va uşaq­lıq­dan Qə­zən­fər müəl­li­min ya­ra­dı­cı­lı­ğı­nın işı­ğın­da bö­yü­dük­lə­ri­ni diq­qə­tə çat­dır­dı: “O­nun işi çox ol­sa da, biz­lər­lə söh­bə­tə hə­mi­şə vaxt ayı­rıb. Söh­bət­lə­rin­də hər za­man sə­mi­miy­yət gör­mü­şük. O, ger­çək zi­ya­lı ol­maq­la bə­ra­bər, həm də gö­zəl əmi­dir. O bi­zə tək­cə söz­lə­ri ilə de­yil, həm də əmə­li ilə də mil­lə­ti və və­tə­ni ne­cə sev­mə­yi, ona ne­cə xid­mət et­mə­yi öy­rə­dib. Biz hər za­man onun­la fəxr et­mi­şik və in­di də fəxr edi­rik”.
Xalq şair­lə­ri Sa­bir Rüs­təm­xan­lı, Zə­lim­xan Ya­qub, tən­qid­çi, ədə­biy­yat­şü­nas Ayaz Və­fa­lı, Əmək­dar jur­na­list Flo­ra Xə­lil­za­də və baş­qa­la­rı Qə­zən­fər Pa­şa­ye­vin el­mi fəa­liy­yə­tin­dən, in­sa­ni key­fiy­yət­lə­rin­dən söh­bət aç­dı­lar. Qeyd olun­du ki, ali­min “Al­tı il Dəc­lə-Fə­rat sa­hil­lə­rin­də”, “Kər­kük ba­ya­tı­la­rı”, “Ar­zu-Qəm­bər das­ta­nı”, “Kər­kük mah­nı­la­rı”, “Rus­ca-ərəb­cə da­nı­şıq ki­ta­bı”, “İ­raq-Kər­kük ata­lar söz­lə­ri”, “İn­gil­tə­rə haq­qın­da” və s. ki­tab­la­rı ona xalq mə­həb­bə­ti qa­zan­dı­rıb. Tü­kən­məz ener­ji və bö­yük hə­vəs­lə ya­zıb-ya­ra­dan, ərəb, in­gi­lis, türk, rus dil­lə­ri­ni mü­kəm­məl bi­lən təd­qi­qat­çı­nın tər­cü­mə­lə­ri öl­kə­dən-öl­kə­yə mə­nə­vi kör­pü sa­lıb.
Son­da çı­xış edən alim təd­bi­rin təş­ki­lat­çı­la­rı­na və iş­ti­rak­çı­la­rı­na öz də­rin min­nət­dar­lı­ğı­nı bil­dir­di.

Sa­va­lan Fə­rə­cov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar