Mayın 6-da Azərbaycan Xalça Muzeyində “1941-1945 - unudulmayan tarix” adlı tədbir keçirilib. Muzeyin direktoru Şirin Məlikova ölkəmizdə müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində müharibə veteranlarının, şəhid ailələrinin, müharibədə sağlamlığını itirmiş insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.
Sonra faşizm üzərində qələbə qazanmış veteranlar gənclərlə görüşərək xatirələrini bölüşüblər. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin sədri Əlisəfa Nuriyev çıxış edərək həmin təşkilatın işçilərinin müharibə illərində ön cəbhəyə köməyindən danışıb.
Tədbirdə “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş etdirilib. Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin sərgisi təqdim olunub və uşaq teatrının üzvləri vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar