Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin dəvəti ilə Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin və Qars Mədəniyyət, Sosial Yardımlaşma və Həmrəylik Dərnəyinin (Kar-Der) nümayəndələri Orxan Çərkəz və Ərdal Eren Bayrak ölkəmizə səfər edib.
Səfər çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyi, Mərdəkan Mədəniyyət sarayı, Qobustan Milli Tarixi-Bədii Qoruğu və digər müəssisələrin rəhbərləri ilə görüşlər təşkil edilib.
Görüşlərdə təcrübə mübadiləsi, birgə tədbirlərin keçirilməsi və müxtəlif çap məhsullarının hazırlanması və s. müzakirə edilib, bir sıra məsələlərdə razılıq əldə olunub. “Bir millət - iki dövlət” kitabının hazırlanması, Xaçmaz rayon Mədəniyyət sarayı ilə “Kar-Der” arasında əməkdaşlıq müqaviləsinin imzalanması, mədəniyyət işçilərinin birgə təlimlərinin keçirilməsi nəzərdə tutulur. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzlə İstanbul Böyükşəhər Bələdiyyəsi arasında əməkdaşlıq müqaviləsinin imzalanması məsələsi də müzakirə edilib.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar