Beynəlxalq gün münasibətilə tədbirlər

Bu il “Muzeylər və mədəni landşaftlar” devizi altında qeyd olunan 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Abdulla Şaiqin mənzil-muzeyində tədbir keçirilib.
“Milli mədəni irsin qorunmasında memorial muzeylərin rolu” mövzusunda tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi, professor Minaxanım Əsədli və başqaları çıxış edərək mövzunun aktuallığından danışıblar.
Bildirilib ki, muzeylər tarixi-mədəni irsin qoruyucuları olmaqla yanaşı, mədəni landşaftın ayrılmaz tərkib hissəsidir. Qeyd olunub ki, şair, nasir, dramaturq, pedaqoq Abdulla Şaiq əsərlərində Azərbaycan təbiətinə xüsusi yer verib, gənc nəslə Azərbaycan folklorunu, təbiətini sevdirməyə çalışıb.
“Abdulla Şaiq yaradıcılığında təbiət hadisələrinin inikası”, “Abdulla Şaiq poeziyasında təbiət təsviri” və s. mövzularda məruzələr dinlənilib. Sonda tədbir iştirakçıları gənc rəssamların ədibin Azərbaycanın təbiətini vəsf edən əsərlərindən ilhamlanaraq çəkdikləri rəsmlərə baxıblar.
* * *
Məmməd Səid Ordubadinin xatirə muzeyində “Muzeylər və mədəniyyət landşaftları” mövzusunda tədbir təşkil olunub. Muzeyin elmi işçisi İradə Vəliyeva, Azərbaycan Dövlət Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayeva, bərpaçı-rəssamlar Nurlan Əliyev, Elmar Manaflı mövzu ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə iştirak edən Bülbülün memorial muzeyinin əməkdaşları muzey sərvətləri və Azərbaycanda yaranan ilk muzeylər haqqında məruzə ilə çıxış ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar