Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) növbəti nəşri - görkəmli qazax şairi, alimi və ictimai xadimi Oljas Süleymenovun “Az-Ya” əsəri işıq üzü görüb. Türk xalqlarının tarixinə yeni yanaşma, fərqli, orijinal münasibət sərgiləyən əsər uzun illər sovet ideoloji cəbhəsinin hücumlarına məruz qalsa da, müstəqillik illərində dünyanın bir çox dillərinə tərcümə olunaraq, kütləvi tirajlarla nəşr edilib. “Tərcümə Mərkəzinin kitabları” seriyasından çap olunan kitabı Azərbaycan dilinə Natiq Səfərov tərcümə edib.