Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, pianoçu Fərhad Bədəlbəyli Çin və Mərakeşdə konsertlər verəcək.
   F.Bədəlbəyli bildirib ki, hər iki ölkəyə səfəri bu ay reallaşacaq. Xalq artisti konsertlərində Azərbaycan və xarici ölkələrin bəstəkarlarının əsərlərini ifa edəcək.