Noyabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında məşhur saz-söz ustası Aşıq Xanlar Məhərrəmovun 60 illik yubileyinə və yenicə işıq üzü görmüş “Ya saz öldürəcək, ya Xanlar məni” adlı xatirələr kitabının təqdimatına həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.
Qeyd edək ki, Tovuz rayonunda doğulmuş və ozan-aşıq sənətinə ötən əsrin 70-ci illərində gəlmiş Aşıq Xanlar Məhərrəmov ecazkar solo-saz ifaları və özünəməxsus təkrarolunmaz oxu tərzi ilə yadda qalıb.
Qənirə Paşayevanın “Xanların sənət dünyası” adlı maraqlı ön sözü ilə açılan kitabın redaktorları Xalq şairi Zəlimxan Yaqub, şair Əkbər Qoşalıdır.
Bağman Baba və Azər Xanlaroğlunun tərtib etdikləri kitab “Nurlan” nəşriyyatında çap olunub. Kitabda sənətkarın sənət dostlarının xatirələri, tanınmış ziyalıların maraq doğuran yazıları ilə yanaşı, şairlərin aşığa həsr etdikləri şeirlər də yer alıb. Kitaba professorlar Məhərrəm Qasımlı və Qəzənfər Paşayev rəy veriblər.