Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində təşkil olunacaq “Eurovision-2011” müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin seçilməsi üçün keçirilən birinci həftənin yarışmasında final mərhələsinin ilk iştirakçısı məlum olub. Bu, 19 yaşlı Çingiz Mustafayevdir. Milli seçimlər Avropa Yayımlar Birliyinin (EBU) qaydalarına uyğun keçirilir. 
   Yarımfinal mərhələsi bundan sonra 6 həftə davam edəcək. Hər həftə 11 namizəd yarışacaq. Qaydaya görə, səsvermə yolu ilə 11 iştirakçıdan 1-i finala vəsiqə qazanacaq. Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi hər həftənin sonunda finala keçmiş 7 nəfər arasından seçiləcək. Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi üçün keçirilən milli seçimlərin yarımfinal mərhələsinin ikinci həftəsi noyabrın 28-də yekunlaşacaq.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar