![](/img/news/700x420/4339.jpg)
Yarımfinal mərhələsi bundan sonra 6 həftə davam edəcək. Hər həftə 11 namizəd yarışacaq. Qaydaya görə, səsvermə yolu ilə 11 iştirakçıdan 1-i finala vəsiqə qazanacaq. Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi hər həftənin sonunda finala keçmiş 7 nəfər arasından seçiləcək. Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi üçün keçirilən milli seçimlərin yarımfinal mərhələsinin ikinci həftəsi noyabrın 28-də yekunlaşacaq.