Gənc ifaçıların “Yeni dalğa-2011” müsabiqəsinin finalı avqustda Krımda, “Artek” düşərgəsində keçiriləcək. Müsabiqənin rəsmi saytında yerləşdirilmiş məlumata görə, 8-12 yaş və 13-15 yaş kateqoriyalarında iştirakçılar 4 mərhələdə seçiləcək. Fərqlənən ifaçılar yanvarın 22-dən aprelin 1-dək keçiriləcək milli seçim turuna qatılacaqlar. 
   
   Milli seçim turları Ukrayna, Belarus, Bolqarıstan, Finlandiya, Çin, Latviya və digər ölkələrdə keçiriləcəkdir. Bundan əlavə, Azərbaycan, Qazaxıstan, Moldova, Gürcüstan, Almaniya, İsrail və Çexiyada iştirakçıların seçimi təşkil olunacaq.
   Yarımfinal aprelin 16-17-də Moskvada keçiriləcək.
   Məşhur bəstəkar İqor Krutoyun sədrlik etdiyi münsiflər heyətinə müsabiqənin baş direktoru Aleksandr Rumyantsev və başqaları daxildir. İştirakçılar münsiflər heyətinə mahnı və uşaq filmlərindən, yaxud cizgi filmlərindən kompozisiya təqdim edəcəklər. Ən güclü vokalçılar 3 gün davam edəcək final yarışmasının iştirakçısı olacaqlar.