Yanvarın 12-də dünya şöhrətli Latviya bəstəkarı Raymond Paulsun 75 yaşı tamam olur. Maestro yubileyini öz ailəsində qeyd edir, yanvarın 16-da isə Riqada bu hadisəyə həsr olunmuş konsertdə iştirak edəcək. 
   
   Raymond Pauls 1936-cı ildə Riqada anadan olub. Emils Darzinş adına musiqi məktəbində, sonra isə Riqa Konservatoriyasında fortepiano sinfində təhsil alıb. 1964-cü ildən 1971-ci ilədək Riqa Dövlət Filarmoniyasının estrada orkestrinə rəhbərlik etmişdir. 1972-ci ildə “Modo” estrada ansamblını yaradıb.
   Raymond Pauls tanınmış müğənni Alla Puqaçova üçün super-hitlərə çevrilmiş mahnılar bəstələyib. Onların sırasında “Maestro”, “Qədim saat”, “Milyon qızılgül”, “Mənsiz” mahnılarını göstərmək olar. Maestro həmçinin Valeri Leontev, Layma Vaykule və digər estrada ulduzları ilə işləyib. Latviyanın mədəniyyət naziri işləyib.