İyulun 31-də Bakıda isveçrəli musiqiçilərin konserti keçiriləcək. Konsert İsveçrənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Kapellhaus”da baş tutacaq.
Konsert İsveçrənin milli bayramına həsr ediləcək və iki musiqiçinin İsveçrənin qədim milli musiqi aləti olan alfronda ifası nümayiş olunacaq.
Konsertə giriş pulsuzdur. Konsertdən bir gün əvvəl isə musiqiçilər Qız Qalasının qarşısında Bakı sakinlərini İsveçrənin ənənəvi musiqisi ilə tanış edəcəklər.
Qeyd edək ki, alfron musiqi aləti ağacdan düzəldilir və zurna formasındadır.