![](/img/news/700x420/1569.jpg)
Festivaldan öncə isə soydaşımızın Minneapolis, Viskonsin, Çikaqo, Tinek və İndianapolis şəhərlərində konsertləri olacaq. Azərbaycanlı cazmenin Nyu-Yorkda da konserti olacaq. Əminə Fiqarova bu konserti xüsusi səbirsizliklə gözlədiyini deyir.
Çünki Amerikanın 2001-ci ilin 11 sentyabr faciəsini yaşadığı günlərdə Əminə Fiqarova da Nyu-Yorkda idi. Bu hadisədən təsirlənən musiqiçi “Sentyabr süitası”nı yazdı. Əsərin hər bir hissəsi insanların başına gələn fəlakəti mərhələ-mərhələ əks etdirir. Amerikanın “Caz vaxtı” jurnalı “Sentyabr süitası”nı bu mövzuda yazılmış ən mükəmməl əsər adlandırıb. Müəllif əsəri bu il Nyu-Yorkda faciənin 10 illiyinə həsr olunmuş konsertdə ifa edəcək.
Qeyd edək ki, son vaxtlaradək Niderlandda yaşayan Əminə Fiqarova hazırda Nyu-Yorkda yaşayır. Cazmen öz qrupu ilə Amerika turnesinə çıxmazdan öncə, bu həftə Avropada konsertlər verəcək.
Sədaqət Yusifqızı