Sentyabrın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Klassik Musiqisevərlər Klubunun növbəti tədbiri keçirildi. 
   Niyazinin mənzil-muzeyində keçirilən tədbiri giriş sözü ilə muzeyin əməkdaşı, musiqişünas Fazilə Nəbiyeva açaraq, tədbir haqqında məlumat verdi. Tədbirdə gənc musiqiçilərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik və caz musiqiləri səsləndi.
   Konsertdə Nərminə Nağıyevanın klarnet, skripka və fortepiano üçün «İllüziyanist» əsəri Anar Məmmədov (klarnet), Failə İsmayılova (skripka) və müəllifin özünün (fortepiano) ifasında təqdim olundu. İqor Stravinskinin klarnet üçün 3 pyesi Vəli Budaqovun ifasında, A.Svatsmanın klarnet və fortepiano üçün «İntermesso» əsəri Anar Məmmədov (klarnet) və Aysel Məlikovanın (forepiano) ifasında maraqla qarşılandı. Firudin Allahverdinin C.Cabbarlının «Aydın» tamaşasına yazılmış iki klarnet və fortepiano üçün «Restoran tanqosu» Anar Məmmədov (klarnet) və Vəli Budaqov, Aysel Məlikovanın (fortepiano) ifasında səsləndirildi.
   
   Gülər