Noyabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, tanınmış bəstəkar Sevda İbrahimovanın yaradıcılığına həsr edilmiş konsert keçiriləcək. Filarmoniyadan bildiriblər ki, konsertdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında bəstəkarın əsərlərindən parçalar səsləndiriləcək.