Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Berlin ofisinin təşkilatçılığı ilə tanınmış pianoçu, Montre caz festivalının qalibi İsfar Sarabski Berlində geniş konsert proqramı ilə çıxış edib.
Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş konsertdə pianoçunun ifasında Azərbaycan klassik musiqi əsərlərindən parçalar, caz musiqisi, xarici bəstəkarların və İ.Sarabskinin öz əsərləri səslənib. İ.Sarabskini kontrabasda Makar Novikov, zərbdə Aleksandr Maşin müşayiət ediblər. Konsert Almaniyanın “Jazz Radio”su tərəfindən yayımlanıb.