Beynəlxalq Muğam Mərkəzində konsert
   
   Dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində Polşanın “Lutoslavski Piano Duo” pianoçu duetinin konserti keçirilib. “Avropa rəqs edir” adlı konsert Polşanın Avropa İttifaqında sədrliyinin başa çatması münasibətilə bu ölkənin Bakıdakı səfirliyi tərəfindən təşkil olunub.
   Konsertdə bir pianoda ifa edən iki pianoçu - Emiliya Sitaş və Bartolomey Vonşikdən ibarət duet E.Qriq, A.Dvorjak kimi klassik bəstəkarlarla yanaşı, müasir bəstəkarların əsərlərini də ifa edib. Tədbirdə çıxış edən Polşanın Azərbaycandakı səfiri Mixal Labenda bildirib ki, bu pianoçular hazırda dünyada olan gənc duetlərin ən yaxşı nümunələrindən biridir. Konsert maraqla qarşılanıb.