Dekabrın 18-də Akademik Opera və Balet Teatrında uşaq xalq çalğı alətləri orkestrinin konserti olub. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi konsert Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilib. Bakı, Sumqayıt şəhər, Abşeron rayon uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin çıxış etdiyi orkestrin bədii rəhbəri və dirijoru Xalq artisti Ağaverdi Paşayev olub. Konsertdə solistlər və paytaxtdakı Ş.Ələkbərova adına 20 nömrəli uşaq musiqi məktəbinin xor kollektivi iştirak edib. Solistlərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq musiqisi səslənib.
Uşaq xalq çalğı alətləri orkestrinin, beynəlxalq müsabiqələr laureatı Yasin Həsənovun (vokal), Rafiq Fərəcovun (tar) və başqalarının çıxışları alqışlarla qarşılanıb.