Dekabrın 16-da «Kapelhaus» Alman-Azərbaycan Mədəniyyət Mərkəzində klassik və caz musiqisindən ibarət konsert proqramı keçirildi. Konsertdə Leyla Nəzərli, Gülsüm Bağıyeva və Firuz Hüseynovun ifasında klassik və caz musiqiləri ilə yanaşı, habelə xalq mahnıları da səsləndirildi. Gənc ifaçılar İ.S.Bax, F.Şubert, F.Mendelson, A.Hamiltonunun əsərlərini mahir ifaçılıqla təqdim etdilər. İfaçıların caz üslubunda təqdim etdikləri xalq mahnılarından ibarət kompozisiyalar tamaşaçıların xüsusilə marağına səbəb oldu. Azərbaycan bəstəkarlarından T.Quliyevin «İlk bahar», S.Rüstəmovun «Hardasan», A.Bəbirovun «İncitmə məni», eyni zamanda «Getdi yar», «Xumar oldum», «Əlimdə sazın qurbanın» kimi xalq mahnıları, «Simayi-şəms» ritmik muğamı ifaçılar tərəfindən fərqli bir üslubda, ustalıqla təqdim olundu. Qeyd edək ki, konsert proqramında pianoda Leyla Nəzərli, Kürsüm və Gülsüm Bağıyevalar, pianka alətində Elnur, zərb alətlərində isə Firuz Hüseynov ifa edirdilər.
   
   M.Sultanova