Mayın 13-dən etibarən “Baku Crystal Hall”ın səhnəsində “Eurovision-2012” mahnı müsabiqəsi təmsilçilərinin məşqləri başlayacaq. Bu barədə eurovision.az saytında yer alan xəbərdə bildirilir ki, həmin gün məşqlər saat 11:00-da başlayacaq. “Baku Crystal Hall”da ilk məşq edən Monteneqro təmsilçisi Rambo Amadeus olacaq.
Ənənəvi olaraq hər ölkə təmsilçisinin məşqləri üçün 40 dəqiqə vaxt ayrılır. İlk məşq günündə Monteneqrodan əlavə İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika və Finlandiya təmsilçiləri “Baku Crystal Hall”ın səhnəsinə çıxacaqlar.
Hər bir təmsilçi məşqini bitirdikdən sonra onun mətbuat konfransı təşkil olunacaq. Günün sonuncu məşqi 18:10-da başlayacaq.
* * *
“Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi "Baku Crystal Hall" möhtəşəm şouya tam hazırdır. Bu barədə müsabiqənin işçi qrupundan məlumat veriblər. Məlumatda bildirilir ki, hazırda “Eurovision-2012”nin qeyri-adiliyi, səs və işıq effektləri ilə seçilən Bakı səhnəsində texniki məşqlər gedir. Şounun başlanması ərəfəsində “Eurovision” mahnı müsabiqəsinin yarımfinalları və finalındakı açılış və interval aktlarının məşqləri aparılır. “Eurovision” mahnı müsabiqəsinin builki təmsilçilərinin rəngarəng və bir-birindən fərqlənən performansları ilə yanaşı, milyonlarla izləyiciyə açılış və interval aktlarında sürpriz dolu şoular təqdim ediləcək.
Açılış və interval aktları səhnə tərtibatı, ssenarisi və şouda çıxış edəcək müğənniləri ilə seçiləcək. Bu şoular üçün son 5 ilin “Eurovision” mahnı müsabiqəsinin qalibləri mayın 18-dən etibarən Bakıda toplaşacaqlar. Mariya Şerifoviç, Dima Bilan, Aleksandr Rıbak, Lena, Eldar Qasımov və Nigar Camal "Baku Crystal Hall"da mayın 24-də keçiriləcək ikinci yarımfinalın interval aktında çıxış edəcəklər. “Eurovision” mahnı müsabiqəsinin bu qaliblərindən ibarət qrup Azərbaycanın milli musiqisi ilə zəngin performansla səhnədə olacaq. “Eurovision” ulduzları bu şouda tamaşaçılar qarşısında indiyədək görmədiyimiz bir üslubda çıxış edəcəklər.
Xatırladaq ki, “Eurovision -2012” mahnı müsabiqəsinin yarımfinalları mayın 22, 24-də, finalı isə mayın 26-da keçiriləcək.