Azərbaycanın Əməkdar artisti, Moskvadakı Böyük Teatrın solisti, soprano Dinara Əliyeva ABŞ-da çıxış edəcək. Həmvətənimiz Böyük Teatrın kollektivinin ABŞ-a qastrolu çərçivəsində iyulun 10-dan 16-dək təqdim olunacaq N.A.Rimski-Korsakovun “Çar gəlini” operasında Marfa surətinin konsert versiyasını ifa edəcək.