İstedadlı həmvətənimiz Ruslan Aslanov noyabr ayında Sofiyada keçiriləcək uşaqlar arasında “Eurovision-2015” mahnı müsabiqəsində Belarusu təmsil edəcək. Avqustun 21-də axşam Belarusda populyar beynəlxalq mahnı müsabiqəsinə milli seçim turunun finalında bu gənc ifaçı qalib gəlib. Ruslan Aslanova Belarus milli seçim mərhələsinin rəmzi olan büllur mikrofon təqdim edilib. “Belarus-1” telekanalı və “Belarus-24” peyk telekanalı mahnı müsabiqəsinin milli seçim turunun finalını birbaşa yayımlayıblar. Qalib adına iddialı 10 namizəd öz kompozisiyalarını təqdim ediblər. Bolqarıstanın paytaxtında keçiriləcək uşaq “Eurovision” müsabiqəsinin səhnəsində çıxış etmək hüququ uğrunda 7 solo ifaçı, 1 duet və 2 qrup mübarizə aparırdı.
Milli seçim turunun lideri tamaşaçılar arasında və peşəkar münsiflər heyəti tərəfindən eyni vaxtda keçirilən səsvermə yolu ilə (50:50) müəyyən edilib. Həm tamaşaçılar, həm də peşəkar münsiflər heyəti Ruslanın ifa etdiyi “Ecazkarlıq” (“Volşebstvo”) mahnısını bütün başqa ifalardan üstün hesab ediblər. Gənc ifaçı sevinc göz yaşlarını saxlaya bilməyib və bu qələbəyə görə çox şad olduğunu etiraf edərək bildirib ki, beynəlxalq yarışmada Belarusu ləyaqətlə təmsil etmək üçün əlindən gələni əsirgəməyəcək. Belarus Teleradio Şirkətinin mətbuat xidmətindən bildiriblər ki, Ruslan 6 yaşından mahnı oxuyur, “Play studio” studiyasında məşğul olur. Artıq bir neçə beynəlxalq layihədə özünü göstərib. Qazandığı bütün qələbələri əhəmiyyətli hesab edən Ruslan keçən il uşaqlar arasında “Yeni dalğa” müsabiqəsində 3-cü yeri tutub.