Mayın 26-da Beynəlxalq Muğam Mərkəzində “Baku Etno Concerts” layihəsi çərçivəsində Azərbaycan-İspaniya etnik musiqi konserti keçirildi.
Konsertdən öncə ölkəmizdə qonaq olan ispaniyalı saksafon ifaçısı Antonio Lizana jurnalistlərin suallarını cavablandırdı. O, dünyanın bir çox şəhərlərində konsertlər verdiyini və Bakı izləyicilərinin də ispaniyalı musiqiçilərin çıxışlarından razı qalacağına ümidvar olduğunu vurğuladı.
Tədbirdə layihənin rəhbəri Stefano Muscaritolo çıxış edərək paytaxt sakinlərini salamladı və bildirdi ki, zaman-zaman Azərbaycan muğamı müxtəlif musiqi janrları ilə sintez edilib. Bu gün isə biz əsrarəngiz ispan və Azərbaycan musiqisinin qovuşmasının şahidi olacağıq. Sonra musiqiçilər səhnəyə çıxdılar. Konsertdə Azərbaycan və İspaniyanın tanınmış musiqiçiləri Sərxan Bünyadzadə (xanəndə), Bəhruz Zeynalov (tar), Rafael Əliyev (kamança), Nizami Əliyev (piano), Soltan Əliyev (nağara), Antonio Lizana (saksafon), Markos Salsines (piano), Epi Paçeko (zərb alətləri) iştirak edirdi.
Qeyd edək ki, konsert Bakıda yunan, italyan və ispan musiqiçilərin iştirakı ilə "Sound Waves" (“Səs dalğaları”) etno-musiqi konsertləri silsiləsindən növbəti təqdimat idi.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar