Mayın 25-də Üzeyir Hacıbəylinin ev-muzeyində “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə yazıçı Şahlar Əliyevin “Mən tanıyan Xan əmi” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əlizadə, kitabın müəllifi Şahlar Əliyev və başqaları çıxış edərək Xan Şuşinski haqqında xatirələrini bölüşüblər.
Qeyd olunub ki, “Nərgiz” nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış kitabın redaktoru Qəşəm Əliyev, “Ön söz”ün müəllifi Telman Əliyevdir. Müəllifin xatirələrinin yer aldığı bu kitabda XX əsrin görkəmli xanəndəsi, Xalq artisti Xan Şuşinskinin Azərbaycan muğam sənətinin inkişafında rolu işıqlandırılıb. Nəşrdə Xan Şuşinskinin atası Aslan ağanın, anası Bəyimxanımın obrazı yaradılıb, Şuşanın mədəni mühiti əksini tapıb.
Tədbirdə Xan Şuşinski adına Ağdam uşaq musiqi məktəbinin şagirdləri tərəfindən musiqi proqramı təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar