İyunun 8-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Hüseynqulu Sarabski adına Mədəniyyət evində Əməkdar artist, görkəmli tarzən Vamiq Məmmədəliyevlə görüş keçirilib. Əvvəlcə sənətkarın 70 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş olunub.
Mədəniyyət evinin direktoru Tərlan Akçay yubilyara xoş sözlərini çatdırıb və hədiyyə təqdim edib.
Tədbir aparıcı Nuranə Axundovanın Vamiq müəllimlə söhbəti ilə davam edib. Tədbirə dəvət olunmuş Xalq artisti, tarzən Zamiq Əliyev, əməkdar artistlər Mirnazim Əsədullayev, Ağalar Bayramov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehriban Qasımova, kinorejissor Tahir Əliyev sənətkarla bağlı ürək sözlərini deyiblər, onun yaradıcılığından, Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətindən bəhs olunub.
Tədbirdə iştirak edən Vamiq Məmmədəliyevin tələbələri öz ifaları ilə görüşə rəng qatıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar