İyunun 7-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 11 nömrəli onbirillik musiqi məktəbi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında hesabat konserti təqdim edib.
Proqramda məktəbin istedadlı şagirdlərinin ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra və “Arşın mal alan” operettasından Əskərin mahnısı, S.Ələsgərovun “Şalaxo”, V.Adıgözəlovun “Skertso”, J.Bizenin “Karmen”, C.Rossininin “Oğru sağsağan” musiqi əsərləri ilə yanaşı, xalq mahnısı “Sarı gəlin” səsləndirilib.
Konsert məktəbin xor kollektivinin ifasında T.Quliyevin “Sevgi valsı”, R.Lagidzenin “Bahar” və R.Məmmədovun “Heydər dühalı” mahnıları ilə başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar