Bu il sentyabrın ortalarında Kazanda Azərbaycan və İranın milli sərgiləri təşkil ediləcək. Tədbirin təşkilatçısı Tatarıstanın ölkəmizdəki daimi nümayəndəliyidir.
Hazırda Azərbaycanın və İranın sərgidə iştirak etmək arzusunda olan şirkətlərilə danışıqlar aparılır. Xatırladaq ki, bu yaxınlarda Rusiyada keçirilən Azərbaycan Mədəniyyəti Günləri Kazan şəhərində davam etdirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kazanda keçirilən mədəniyyət günləri çərçivəsində Tatarıstan Dövlət Məclisinin sədri Farid Xayrulloviç Muhammedşinlə görüşüb. Görüşdə Azərbaycan-Tatarıstan mədəni əlaqələri, əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.