2009-cu ildə «MTV Europe Music Awards» mükafatının təqdimetmə mərasimi Berlində baş tutacaq. «France Presse» agentliyinin məlumatına görə, bu tədbir Berlin divarının yıxılmasının 20 illiyinə həsr olunan bayram mərasiminin bir hissəsi olacaq. Qeyd edək ki, «MTV Europe Music Awards»ın ilk təqdimatı 1994-cü ildə Berlində olub. «Dəmir pərdə»nin simvolu olan Berlin divarı 1989-cu il noyabrın 9-da sökülməyə başlanıb. Üstündən bir il keçəndən sonra Şərqi və Qərbi Almaniya birləşib. «MTV Europe Music Awards»ın 2009-cu ildəki təqdimetmə mərasimi noyabrın 5-də Brandenburq qapıları yaxınlığında baş tutacaq.