Böyük Britaniyanın əfsanəvi "We are the Champions/We Will Rock You" rok-qrupunun 1977-ci ildə çıxan sinqlı "Qremmi"nin Şöhrət zalına daxil edilib. "Gigwise" bildirir ki, Amerikanın Səsyazma Akademiyası "Queen"lə yanaşı daha 28 rok əsəri bu şərəfə layiq görüb. Qeyd edək ki, Amerikanın Səsyazma Akademiyası həm də "Qremmi" mükafatının təsisçisidir. Bundan əlavə, Britaniyanın "The Police" üçlüyünün "Synchronicity" albomu (1983), amerikalı soul-müğənni Stiv Uaenderin "For Once in My Life" diski (1968) və "Yaxşı, pis, qəddar" vesterninə (1966) və "Xaç atası" (1972) filmlərinə saundtreklər, Cimmi Hendreksin ifasında ABŞ-ın himni də Şöhrət zalına daxil edilib. Qeyd edək ki, Şöhrət zalı "Qremmi" muzeyinin bir hissəsi olacaq. Muzey əsaslı təmirdən sonra dekabrın 6-da Los-Ancelesdə açılacaq. Şöhrət zalına daxil ediləcək müəlliflər və mahnıların siyahısı ildə bir dəfə yenilənəcək. Siyahını səsyazma sənayesinin bütün sahələrini təmsil edən ekspertlərdən ibarət xüsusi münsiflər heyəti tərtib edəcək.