Amerikanın «The New York Post» qəzeti yola salmaqda olduğumuz ilin ən uğursuz 10 filmini müəyyən edib. Utandırıcı siyahıya gənc ulduzlar Cessika Alba və Castin Timberleykin baş rollarda oynadığı «Seks Quru» filmi başçılıq edir.
İkinci yerdə qalmaqallı Peris Hiltonun baş rollardan birini ifa etdiyi «Gözəl və çirkin» filmi gəlir. Bu film gözəl qızın yoluna çirkin rəfiqəsinin çıxmasından bəhs edir. Film bütün dünyada cəmi 1,6 milyon toplayıb. Amma tənqidçilər bildirirlər ki, hətta bu məbləğ belə «Gözəl və çirkin» üçün böyükdür.
İlk üçlüyü «Azğın pullar» fimi tamamlayır. Komediya janrında çəkilən bu filmdə əsas rolları Dayan Kitton, Keti Holms və Kvin Lətifə ifa ediblər. «The New York Post»un ekspertləri bildirirlər ki, bu filmdə hansısa gülməli məqam və normal zarafat yoxdur.
Bundan əlavə, siyahıya «Bir dəfə Veqasda», «Bizim eraya qədər 10000 il», «Vavilion N.E.», «Zoxanla zarafat etməyin», «Rembo IV», «Mənasız müdafiə» və «Beverli Hillzdən olan gözəlçə» filmləri də daxildir.