Merilin Monronun ölümündən bir il əvvəl "Vogue" jurnalı üçün çəkdirdiyi fotoşəkil kolleksiyası Nyu-Yorkda "Christies" auksionunda satılıb. Berk Şternin çəkdiyi 36 kadr 146,5 min dollara satılıb. Bu barədə "Associated Press" agentliyi məlumat verir. Auksion evi bildirib ki, şəkillər 1962-ci ildə çəkilib və Monronun sonuncu professional çəkilişləridir. Bu şəkillər aktrisanın ölümündən sonra "Vogue" jurnalında dərc olunub.


Fotoşəkillər Merilin Monrodan Madonnaya qədər amerikalı ulduzlara həsr olunan "Qlamur və stil ikonaları" adlı iki günlük auksion zamanı satılıb. Alqı-satqıya Endi Uorxal, Helmut Nyuton, Riçad Avedon, İrvin Penn, Qerb Ritts kimi məşhur konseptualistlərin də əsərləri çıxarılıb. Lotlar arasında ən bahalısı 1986-ci ildə hazırlanan "Merilin seriyası" olub. Bu, Uorxolun ən axrıncı işlərindən biridir. Merilin Monronun yüksəlişi və enişinə həsr olunan bu əsər Uorxolun özünün ölümündən bir il əvvəl hazırlanıb.