Fransanın birinci ledisi, fotomodel və müğənni Karla Bruni humanitar kömək kimi 238 min avro xərcləyib. "France Presse" agentliyinin verdiyi məlumata görə, bu, birinci ledinin "Comme si de rien n"etait" adlı yeni albomundan əldə etdiyi gəlirdir.


Bruninin ayırdığı vəsait haitili uşaqlara yardım kimi xərclənəcək. Fransa prezidenti Nikolya Sarkozinin həyat yoldaşı bildirib ki, musiqi ilə məşğul olmasının belə xeyirli məqsədlərə töhfə verməsindən xoşbəxtdir.
"Comme si de rien n"etait" Karla Bruninin üçüncü albomdur. İndiyə kimi Fransada bu albomun 190 min, ölkə xaricində isə 220 min nüsxəsi satılıb. Buna baxmayaraq, albom mətbuatda əsasən tənqid olunur.