Rejissor Con Haymsın çəkdiyi «Universal əsgər» filminin skivelindən ilk kadr nümayiş etdirilib. İlk filmdə olduğu kimi, əsas rolları yenə də Jan-Klod Van Damm və Dolf Lundqren oynayırlar. Onlar müvafiq olaraq Lük Devro və çavuş Endryu Skottu canlandırırlar.
   Süjetə görə, çeçen komandiri Basayev Çernobıl atom elektrik stansiyasını ələ keçirir, tələbləri yerinə yetirilmədiyi təqdirdə, AES-i partladaraq yeni faciə yaradacağı ilə hədələyir. Missiyanın xüsusi təhlükəli olması ilə əlaqədar Devronun başçılıq etdiyi universal əsgərlərdən istifadə olunmasına qərar verilir.
   Dəstədəki Skott soyadlı çavuşun Devro ilə düşmənçiliyi unutdurulduğu iddia edilir. Amma Basayev xüsusi mikroprosessor vasitəsilə Skott üzərində nəzarəti əldə edir və onu silahı komandirinə qarşı çevirməyə məcbur edir.
   Xatırladaq ki, Roland Emerrixin orijinal filmi 1992-ci ildə çəkilib və Amerika prokatında cəmi 35 milyon dollar toplayıb. Birinci filmdən sonra 1999-cu ildə ikinci film çəkilib. Onun maliyyə aqibəti birinci filmdəkindən də ağır olub.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar