Londonda “dünyanın ən bahalı yunu»ndan hazırlandığı reklam edilən kostyum satılıb. BBC agentliyinin verdiyi məlumata görə, kostyuma 70 min funt-sterlinq ödənilib.
Dizayner Aleksandr Amos Cənubi Amerika vikunyası (lama cinsindən olan heyvan) və Arktika muskus öküzünün yunundan istifadə edilən materialdan kostyum tikib. Hər iki yun növü öz-özlüyündə kifayət qədər bahadır. Kostyumun düymələri almaz və qızıldan hazırlanıb.
Kostyum Londonda keçirilən xüsusi gecə zamanı satılıb. Alıcının adı gizli saxlanılır. Amos alqı-satqıdan razı qaldığını vurğulayıb: “Mən qəti əminəm ki, iqtisadi böhrana baxmayaraq, kompromisi olmayan mallara tələbat qalmaqdadır”.
“The Daily Telegraph” yazır ki, kostyum gecəyə xüsusi zirehli “Range Rover” avtomobilində gətirilib. Gecə özü isə ünvanı jurnalistlərdən və ictimaiyyətdən gizli saxlanılan klubda keçirilib.
Aleksandr Amos mobil telefonlar üçün bəzəkli üzlüklər düzəltməklə milyonçu olub. Hazırda o, ən varlı və məşhur müştərilər üçün əşyalar yaradan dizayner kimi məşhurdur.