Silvestr Stallonenin çəkdiyi və Kaliforniya qubernatoru Arnold Şvartsneggerin də rol aldığı «The Expendables» («Muzdlular») filminin ekranlara çıxacağı vaxt açıqlanıb. «Worst Previews»in məlumatına görə, bir qrup muzdlu əsgərin Latin Amerikası ölkələrindən birində dövlət çevrilişi hazırlamasından bəhs edən film ekranlara 2010-cu il aprelin 23-də çıxacaq. Artıq xəbər verildiyi kimi, filmin rejissoru, ssenari müəllifi və baş rolun ifaçısı kimi 62 yaşlı Silvestr Stallone çıxış edir. Arnold Şvartsnegger filmdə epizodik rol oynayacaq. Əvəzində isə filmə Forest Uitaker, Dolf Lundqren, Erik Roberts, Mikki Rurk, Cet Li kimi idmançı aktyorlar dəvət edilib. Xatırladaq ki, Şvartsnegger Stallonenin filmində iştirak edəcəyini təsdiq edib. O, bildirib ki, qubernator vəzifəsinə gələndən sonra 3 dəfə dostlarının xahişi ilə filmlərə çəkilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar